İranın nüvə proqramı ilə bağlı danışıqlar BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında yüksək səviyyədə keçirilib.APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Con Kerri İranın xarici işlər naziri Cavad Zəriflə görüşüb.
Danışıqlarda Çin, Rusiya, Böyük Britaniya, Fransa və Almaniya diplomatları iştirak edib.
Tərəflər İranın nüvə proqramı üzrə danışıqların növbəti raundunu oktyabrın 15-də Cenevrədə keçirməyə dair razılığa gəlib.
Böyük Britaniyanın XİN rəhbəri Uilyam Xeyqin sözlərinə görə, danışıqlar çox yaxşı keçirilib.
Bundan öncə prezident Ruhani İranla Qərb dövlətləri arasında olan bu problemin 3-6 ay ərzində həllini tapacağına ümidvar olduğunu bildirib.
Qaynar.info
Şərhlər