Siyasət 17:08 04.05.2018

İranın nüvə proqramına dair məlumatlar Azərbaycandan keçirilib?

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəzi xarici KİV-lərdə guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsinə dair yayılan informasiyaya münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, H.Hacıyev AZƏRTAC-ın sualını cavabında bildirib ki, yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb: 

"Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir”.