Dünya 15:55 07.09.2013

İranın OPEK-dəki nümayəndəsi istefa verdi

İranın OPEK-dəki nümayəndəsi istefa verib.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Məhəmmədəli Xətibi iki həftə əvvəl öz vəzifəsindən getsə də, xəbər indi yayılıb. Onu bu vəzifədə Möhsün Qəmsəri əvəzləyib.

M.Xətibinin istefasının səbəbləri hələlik açıqlanmır.

Qeyd edək ki, M.Xətibi, həmçinin İranın neftinin satışına məsul olan beynəlxalq neft şirkətinin direktoru olub.

Qaynar.info