Dünya 11:21 15.06.2013

İranın yeni prezidenti məlum oldu - YENİLƏNİB

İlkin hesablamalara görə, Həsən Ruhani ümumi səslərin 49 faizini qazanıb

İslahatçı namizəd Həsən Ruhani səsvermənin ilkin nəticələrinə görə, İran prezidenti seçkilərində liderlik edir. İranın Daxili İşlər Nazirliyinin bəyanatına əsasən, ölkənin 3,6 min seçki məntəqəsində 1 819,9 min səs artıq hesablanıb. 834,859 seçici (49 %) Ruhaniyə səs veriblər.

İkinci yerdə Tehranın meri Məhəmməd Baqir Qalibaf, 320,6 min səslə (15 %) qərarlaşıb.

Səid Cəlili 257,822 səslə (14%) üçüncü yerdə yerləşib.

Möhsün Rzayi və Əli Əkbər Vilayəti dördüncü və beşinci yerlərdə 13% və 7% səslə müvafiq olaraq yerləşiblər.

Müstəqil namizəd Məhəmməd Qərəzi, 2 faiz səs toplamaqla sonuncudur.

İran Prezidenti 4 il müddətinə seçilir.

Təqribən 50,5 milyon iranlının prezident seçkilərində səs vermək hüququ var. Digər dövlətlərdə yaşayan İran vətəndaşları İranın həmin ölkələrdəki səfirliklərində açılan məntəqələrdə səs verə bilərlər.

İyunun 14-də keçiriləcək prezident seçkilərinin əsas nəticələrini İranın Daxili İşlər Nazirliyi elan edəcək, sonra isə Keşikçilər Şurası təsdiq edəcək.