Dünya 10:57 18.11.2017

İraqda İŞİD-in varlığına son qoyuldu

İraq daxili işlər naziri Qasım Əl Araci İŞİD terror təşkilatının ölkədə hərbi varlığının sona çatdığını açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Rava qəsəbəsi terror təşkilatından azad ediləndən sonra təhlükəsizlik qüvvələri İraq xalqı və şiələrin dini lideri Əli Əs Sistaniyi təbrik edən mesaj yayımlayıb və İŞİD-in ölkədəki hərbi varlığının sona yetdiyini bildirib.

Qeyd edək ki, İraq ordusu ölkənin qərbini minalardan təmizləməyə və Suriya ilə sərhəd bölgədə təhlükəsizliyi təmin etməyə hazırlaşır.

Gülşən
Qaynarinfo.Az