Dünya 16:46 17.07.2019

İraqda Türkiyə diplomatlarına hücum: ölən və yaralananlar var (YENİLƏNİB)

İraqın Ərbil şəhərində Türkiyə konsulluğu əməkdaşlarının olduğu restorana silahlı hücum nəticəsində 1 türk diplomat ölüb, 2-si yaralanıb.

Qaynarinfo xəbər verir ki, məlumatı "Hurriyet” yayıb.

Öldürülən diplomat Türkiyənin Ərbildəki baş konsulunun müavinidir. 

Diplomatlara hücum edən terrorçu öldürülüb.

16.41

İraqın Ərbil şəhərində türkiyəli 3 diplomat qətlə yetirilib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, diplomatlar Türkiyə konsulluğunun əməkdaşları olan restorana təşkil edilən terror hücumu nəticəsində həlak olublar. 

Hadisə yerinə təhlükəsizlik əməkdaşları cəlb edilib.

Gülşən