Dünya 14:27 24.04.2013

İrəvanda Türk bayrağı yandırıldı - FOTO

Dünən Ermənistanın paytaxtı İrəvanda qondarma erməni soyqırımı iddialarının ildönümü ilə bağlı yürüş keçirilib. 

Qaynar.info-nun erməni mətbuatına istinadən verdiyi məlumata görə, minlərlə erməni əllərində bayraqlar və məşəllərlə qondarma Soyqırım abidəsinə yola düşüblər. 

Yürüşün sonunda ermənilər abidənin qarşısında Türkiyə bayrağını yandırıblar. 

Analoji aksiyanın Türkiyənin ABŞ-dakı səfirliyi qarşısında keçiriləcəyi gözlənilir. 

Qaynar.info