Ölkə 18:25 16.11.2013

İri tonnajlı maşın qəza törətdi - VİDEO

Xəsarət alan sürücü təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib

Hadisə ağır yük daşıyan maşının iştirakı ilə daha bir qəza törədilib. Hadisə Ziya Bünyadov və Qara Qarayev prospektlərini birləşdirən yol qovşağında baş verib. Qara Qarayev prospekti istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi idarəetməni itirib və yol ayırıcındakı beton dirəyin üzərindən yolun qarşı tərəfinə keçib.

Xəsarət alan sürücü 53 yaşlı Məmmədov Elşad bayram oğlu təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər onun kəllə beyin travması və bədəninin bir neçə nahiyəsində qapalı sınığın qeydə alıqdığını bildiriblər. 

Qəzaya uğrayan avtomobil yolu hər iki hissəsini bağladığından əraziyə iki qaldırıcı kran cəlb olunub. Qəzanın təfərrüatlarını sabunçu polisi araşdırır. Ağır tonnajlı maşınların qəza törətməsinin qarşısını almaq üçün ANS-in yüklərin dəmir yolları ilə daşınması təklifini ötən gün Ali Məhkəmənin plenumunda, Zakir Qaralov da dəstəkləyib. O,yük daşımaların dəmir yolu vasiəsilə həyata keçiriləcəyi təqdirdə bu tip qəzaların da sayının azalcağını istisna etməyib.

Qaynar.info