Dünya 10:15 28.08.2018

Çirkli hava intellekt səviyyəsini aşağı salır

ABŞ və Çindən olan tədqiqatçılar Çində yaşayan 20 min nəfərin riyaziyyat və nitq qabiliyyətini 4 il ərzində nəzərdən keçiriblər.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, tədqiqatın nəticəsində məlum olub ki, çirkli hava şəraiti insanların nitq və dərketmə qabiliyyətinə ciddi zərər vurur. Təsirə ən çox məruz qalanlar isə təhsilsiz və yetkin kişilərdir. Onlar açıq hava şəraitində daha çox çalışdıqları üçün çirkli hava ilə daha çox nəfəs alırlar. Bildirilir ki, dünyadakı insanların 91%-i çirkli hava ilə nəfəs alırlar və bu fakt intellekt səviyyəsinin ilbəil düşməsinə səbəb olur. 

Hər il 7 milyon insan çirkli havanın yaratdığı xəstəliklərə görə ölür. Çirkli hava həmçinin dementiya, alzheimer kimi xəstəliklərin artmasında rol oynayır.

Gülşən