Dünya 11:43 14.01.2018

İrqçi reklama görə mağazanı alt-üst etdilər (FOTO)

"H&M" geyim şəbəkəsinin son günlərdə yayılan reklamı böyük müzakirələrə və etirazlara səbəb olmuşdu.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qaradərili uşağın geyindiyi geyimin üzərində "Meşədəki ən möhtəşəm meymun" yazısı yazılmış və sosial mediada insanlar tərəfindən irqçi reklam adlandırılmışdı. Şirkət narazılıqlara cavab olaraq əvvəlcə reklamı sildi, geyimi satışdan çıxartdı və rəsmi açıqlama verərək üzr istədi. Azyaşlının anası məsələ ilə bağlı danışaraq "Anası mənəm və bu oğlumun geyinib reklam etdiyi çox sayda koftadan biridir. Davamlı olaraq aranı qatmağı dayandırın. Bu, mənasız mövzudur, müzakirəyə ehtiyac yoxdur" demişdi.

Cənubi Afrika Respublikasında özlərini İqtisadi Azadlıq Əsgərləri adlandıran qrup Sandton, Menlyn Park və East Rand bölgələrində yerləşən mağazalara hücum edərək darmadağın edib. 

Gülşən