Ölkə 23:17 14.09.2018

"İrşad Telekom" un rəhbəri dünyasını dəyişdi: İntihar etdiyi iddia olunur

İrşad Telekom MMC-nin rəhbəri Hacıyev İrad Ağahüseyn oğlu dünyasını dəyişib. 

Avropa.info-nun əldə etdiyi məlumata görə, hadisə təqribən 3 saat öncə baş verib.

Şirkət rəhbərinin naməlum şəraitdə dünyasını dəyişdiyi və intihar etdiyi iddia olunur.

Məlumatlara görə, İrad Hacıyevin nəşi hazırda morqdadır və ekspertiza onun ölüm səbəbini araşdırır.