Dünya 13:04 13.12.2017

İş adamı ölümə belə hazırlaşır: həyatla vida tədbiri keçirtdi

"Komatsu" şirkətinin idarə heyətinin sabiq rəhbəri Satoru Anzaki həyata vida yığıncağı təşkil edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, öd xərçəngi diaqnozu qoyulan 80 yaşlı Anzaki müalicədən imtina edib. O, dostları, sinif yoldaşları, iş ortaqları, işçilərinin iştirak etdiyi 1000 nəfərlik yığıncaq təşkil edib. Bu məqsədlə Tokioda yerləşən oteldəki salonu icarəyə götürən Satoru "Həyatım boyu tanış olduğum insanlara "təşəkkür edirəm" deyə bildiyim üçün çox xoşbəxtəm. Qalan vaxtımı mümkün qədər keyfiyyətli keçirmək məqsədilə yan təsirləri olan müalicədən imtina edirəm" deyib.

O, yığıncaqda melanxolik ab-havanın yaranmaması üçün Tokişimadan rəqs qrupunu gətirib.

Gülşən