Ekonomiks 23:30 22.04.2018

İş müsahibələri həyəcanından necə xilas olmaq olar?

İş müsahibələrində həyəcanlanırsınız? Həyəcan sizə imkan vermir ki, öz potensialınızı nümayiş etdirəsiniz? Müsahibədən çıxan zaman güzgüyə baxanda özünüzü tanımırsınız?

Müsahibə mərhələsində həyəcana keçməmiş ilk öncə həyəcanın nədən qaynaqlana biləcəyinə nəzər yetirək. Nədən və niyə yarandığını bildikdən sonra ona nəzarət etmək də olar.

Lüğətdə həyəcan belə tərif olunur – Hər hansı bir səbəbdən doğan daxili təlaş, narahatlıq, təşviş, iztirab.

Yəni, biz hansısa gündəlik həyatımızda yaşadığımız hisslərdən kənar hər hansı hiss, əlamət və ya hərəkət edəcəyimizi düşündüyümüz zaman meydana çıxan narahatlıqdır. Narahatlığın başında itirmək qorxusu dayanır. Yəni, bu gündəlik həyatda öyrəşmədiyimiz yer, hiss, əlamət haqqında əsas narahatlığımızın səbəbi, ona vərdiş olmamağımız və bunun baş verməməsi durumunda baş verəcək itkilərdir. Gəlin xatırlayaq, həyəcan bizdə nə zaman baş verir, nə vaxt biz həyəcanlı oluruq?! Daha əvvəl olmadığımız bir yerə ilk dəfə gedəndə, tanımadığımız birisi ilə ilk ünsiyyətimizdə, ilk dəfə avtomobil sürəndə v.s Fikir verirsinizsə adətən biz ilklərdə daha həyəcanlı oluruq. Amma bu o demək deyildir ki, bunlar növbəti dəfə baş verəndə biz həyəcanlı olmayacağıq. Əlbəttə ki, bunlar fərdin özündən asılıdır.

İş müsahibələrdə həyəcana nəzərat olunması olduqca önəmlidir. Çünki, siz həyəcanlı olduğunuz zaman bilidyinizi də unudacaq, sizə xas olmayan hərəkətlər nümayiş etdirəcəksiniz. Həyəcənlı olduğunuz zaman adətən ürəyiniz boğazınızda döyünəcək və sözlər ağzınızdan istədiyiniz və özünə əmin şəkildə çıxmayacaq. Bu səbəbdən müsahibələrdə özünə əmin şəkildə iştirak etmək üçün həyəcandan qurtulmaq lazımıdır. Aşağıdakı məsləhətlər sizə müsahibə zamanı həyəcanı nəzarət altında saxlamağa kömək edəcək.

1. Özünüzə inanın. Əksər hallarda özünə inanan insanda həyəcan olmur. Siz qazanacağınıza əmin olarsanız müsahibəyə özünüzə arxayın şəkildə gedər və həqiqətən də uğur əldə edərsiniz. Ancaq unutmaq lazım deyil ki, həddindən artıq özünə güvən də çox xoş qarşılanan hal deyil. Bu, çox zaman təkəbbürlüklə səhv salınır. Hər şey qaydasında gözəldir.

2. Təlim seminarlarda iştirak edin. Ümumiyyətlə insan nə qədər çox içtimai yerlərdə, müxtəli təlim, kurs və seminarlarda iştirak edərsə özünü təqdimat zamanı arxayınlıq nümayiş etdirər və həyəcandan uzaqlaşar. Beynəlxalq təcrübə isə hər zaman üçün üstünlükdür. Daha çox tələbə vaxtlarınızdan müxtəlif təlim-seminarlarda da iştirak etməyə çalışın. Gələcək həyatınızda bunun faydalarını görəcəksiniz.

3. Həyəcanın mənbəyini araşdırın. Öz özlüyünüzdə düşünün, sizdəki həyəcanın mənbəyi nədir. Onu araşdırın və sizə daxili narahatlıq verən bu hissi məğlub etməyə çalışın. Mən niyə həyəcanlıyam? Sualını özünüzə verin və səbəbi araşdırıb onu daxilinizdə həll etməyə çalışın.

4. İtkilər qaçılmazdır. Bunu qəbul etməyə çalışın. Və bu səhvləriniz sizi ruhdan salmasın. Unutmayın ki, səhvlər təcrübəyə, təcrübə isə doğru qərarlara aparan yeganə vasitədir. Uğurlu insanların uğur əldə etmək üçün saysız uğursuz cəhdlərinin nəticəsini düşünün. Bu, sizə motivasiya verəcək və siz həyəcan hissinizə qalib gələcəksiniz.

Mənbə: moneta.az