Siyasət 13:36 21.08.2013

İsa Qəmbər jurnalistlə dava etdi - VİDEO

Milli Şuranın 19 avqust sessiyasından sonra qurumun liderləri - Müsavat başqanı İsa Qəmbər və “El” hərkatının sədri Eldar Namazov jurnalistlər üçün brifinq keçiriblər. 

Modern.az-ın xəbərinə görə, həmin brifinqdə “Bizim yol” qəzetinin tanınmış müxbiri Natiq Cavadlı ilə İsa Qəmbər arasında mübahisə yaşanıb. 

İsa Qəmbər ona sual verən jurnalisti qeyri-etik davranmaqda ittiham edərək, “dünyanın heç yerində belə jurnalistika yoxdu" deyib.

Bu mübahisənin yer aldığı video sosial şəbəkələrdə yerləşdirildikdən sonra ciddi müzakirə olunur. Milli Şuranın çoxsaylı tərəfdarları jurnalist Natiq Cavadlını ittiham etməyə başlayıblar. 

Bəzi müsavatçılar isə Facebook-dakı müzakirələrdə "jurnalist brifinqdən çıxandan sonra biz onun dərsini verdik" deyə qeyd ediblər.

Modern.az jurnalistdən olayla bağlı açıqlama almaq istəyib. N.Cavadlı ona yönəlmiş ittihamlara cavab verməyərək, “hələki susuram, gözləyirəm...” deməklə kifayətlənib.

Qaynar.info