Siyasət 10:28 19.04.2014

İsa Qəmbər kotletdən yazdı

“Sosial şəbəkələrin Azərbaycan bölümündə kotlet mövzusu NİDA-çıların həbsi və Markesin ölümü mövzularını üstələyib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər Facebook səhifəsində yazıb. Partiya başanı deyib ki, son iki mövzuya fikir bildirib və siyasi məhbuslar azad olana qədər diqqətində olacaq: “İndi isə burda kotlet məsələsinə toxunmaq istəyirəm. Mən bu kotlet söhbətini sadəcə dil sürüşməsi hesab etmirəm. Kotlet "bunların" alt şüurundadı, gizli arzularındadı. 1993-cü ildə iyun qiyamından sonra "gənc" bir şair peyda olmuşdu ölkədə, təxminən 75 yaşda bir universitet müəllimi.

Balaca bir şeir kitabı nəşr etdirmişdi, şeirlərin çoxunda Elçibəyi və məni sərt tənqid edirdi, H.Əliyevi və S.Hüseynovu səxavətlə mədh edirdi. Amma, siyasətdən kənar şeirləri də vardı. Birini qonşusuna həsr etmişdi. Və orda mənim heç zaman unutmayaçağım müdhiş poetik belə bir beyt vardı:

"Nə gözəl insandır qonşumuz Hamlet,

İçdiyi araqdır, yediyi kotlet."

"Gənc" şair, "təcrübəli" deputat, görək üçüncü kim olacaq”.

Qaynar.info