Ölkə 13:41 14.01.2018

İsa Qəmbərin səhhəti ilə bağlı açıqlama (FOTO)

Müsavat başqanı Arif Hacılı dünən xəstəxanaya yerləşdirilən Milli Məclisin sabiq sədri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbəri ziyarət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Arif Hacılı sosial mediada məlumat yayıb. Partiya sədri bildirib ki, İsa Qəmbər özünü yaxşı hiss edir.

"İsa bəylə görüşdük. Özünü yaxşı hiss edir. Hamıya salamları var. Müayinələrdən keçib. Ürəkgücləndirici tibbi prosedurlar həyata keçirilir. Yaxın günlərdə xəstəxanadan çıxacaq" deyə Arif Hacılı yazıb.

Qeyd edək ki, dünən İsa Qəmbərin ürəyində narahatlıq yaranıb və kardioloqa müraciət edib. Həkim ona ürəyini anju etdirməyi məsləhət görüb. Daha sonra Mərkəzi Klinikada müayinələrdən keçib. Müayinələrdən sonra onun ürəyində problemlərin yarandığı məlum olub. İsa Qəmbər Mərkəzi Klinikada müalicə olunur.