Bir neçə gün öncə Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin səhhətində problem yaranmış və xəstəxanaya yerləşdirilmişdi.

Milli Məclisin sabiq spikerinin səhhəti ilə bağlı Qaynarinfo-ya açıqlama verən Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı vəziyyətinin yaxşı olduğunu və bu həftə ərzində əmək fəaliyyətini bərpa edəcəyini bildirib:

"Hər şey qaydasındadır. Müalicəsi başa çatıb. Bildiyiniz kimi evə buraxılıb. Normal fəaliyyətlə məşğuldur. Həkimlər də, biz də məsləhət görmüşük ki, 1 həftə istirahət etsin. Bu həftə ərzində əmək fəaliyyətini bərpa edəcək".

Qeyd edək ki, Müsavat Partiyası bu il keçiriləcək prezident seçkilərində İsa Qəmbərin namizədliyini irəli sürəcək. Onun səhhətində yaranan problemlərlə əlaqədar Müsavat Partiyasının öz namizədini dəyişəcəyi ilə bağlı söz-söhbətlər yaransa da, partiya başqanı namizədlərinin konkret olaraq İsa Qəmbər olacağını bir daha vurğulayıb.
 
Çingiz Səfərli