Dünya 16:03 15.08.2019

İşçilər iş saatlarını və yerini seçə biləcək

Finlandiyada işçilər iş saatlarını müəyyənləşdirə biləcək.

Qaynarinfo xəbər verir ki, məsələ 2020-ci ildə qəbul ediləcək yeni əmək qanununda öz əksini tapacaq. Yeni qaydalara görə, işçi həftədə 40 saatlıq iş gününün ən azı yarısını harada və nə zaman işləyəcəyinə qərar vermək hüququna sahib olacaq. 

Bildirilir ki, sərbəst qaydalarla şirkət əməkdaşlarına ailələri ilə məşğul olmaq, idman, tətil etmək şəraiti yaradılır, həmçinin iş prosesindəki məhsuldarlıq artırılır.

Gülşən