Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Şəmsəddin Xanbabayevə yeni vəzifə verilib.
Qaynarinfo xəbər verir ki sabiq icra başçısı bundan sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatına rəhbərlik edəcək. Bu barədə jurnalist Cəmil Məmmədli məlumat yayıb.
Qeyd edək ki, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. O, 23 oktyabr 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı idi.
Şərhlər