Foto 17:53 02.05.2018

İŞİD bu dəfə Rusiyanı hədələdi (FOTOLAR)

İŞİD Rusiyanı hədələyib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, İŞİD-ə məxsus Siteintelgroup.com saytı bu dəfə 2018 Dünya Çempionatının keçiriləcəyi Moskvada terror törədəcəyi ilə bağlı məlumat yayıb.

Sayt bu çempionatın istər oyunçular, istərsə də azarkeşlər üçün "Ölüm-qalım matçı" olacağını qeyd edib.

Cəsus Skripalın zəhərlənməsi hadisəsi və İŞİD terror qruplaşmasının hədələrindən sonra 2018 Dünya Çempionatının reytinqi xeyli aşağı düşüb. Bu, FİFA-nın gəlirlərinə də mənfi təsir edir.

İlin əvvəlində İŞİD Volqaqrad stadionunun fonunda silahlı və bombalı bir terrorçunun görüntüsünü yayımlayıb. Fotonun altında "bizi gözlə" sözləri yazılıb.
 
Qeyd edək ki, bu, İŞİD-in ilk belə təhdidi deyil. Terror qruplaşması daha öncə Roma papasını, əfsanə futbolçular Lionel Messi və Neymarı da hədələmişdilər.
 
Çingiz