Dünya 12:31 21.09.2019

İŞİD-in cəlladı Türkiyədə - Xüsusi əməliyyat

İŞİD terror təşkilatının cəlladı Məhəmməd Ramadan Türkiyənin İzmir şəhərində tutulub.

Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, M.Ramadan Buca bölgəsində gizləndiyi yerə basqın təşkil olunub və terrorçu ələ keçib. Ötən gün baş tutan məhkəmədən sonra Ramadan həbsxanaya göndərilib.

Qeyd edək ki, İŞİD üzvünün bir müddət əvvəl qanunsuz yolla Türkiyəyə daxil olması barədə məlumat əldə edilmişdi.

Gülşən