Dünya 15:45 10.11.2019

İŞİD-in daha bir lideri ələ keçdi

İŞİD terror təşkilatının rəhbər şəxslərindən biri İraqın Mosul şəhərində ələ keçib.

Qaynarinfo xəbər verir ki, İraq Müdafiə Nazirliyinin məlumatına görə, Arif kod adlı terrorçu həbs edilib. Onun İŞİD daxilində hansı vəzifəni icra etdiyi və hansı cinayətlərdə ittiham olunduğu açıqlanmayıb.

Qeyd edək ki, Mosul şəhəri 2017-ci ildə İŞİD terrorçularından azad edilib.

Gülşən