Dünya 15:50 17.11.2017

İŞİD İraqdakı son qəsəbəni əldən verdi

İraq ordusu səhər saatlarında terror qrupu İŞİD-ə qarşı növbəti əməliyyata start vermişdi.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatının İraqda əlində saxladığı son qəsəbə olan Ravanın azad olunması barədə xəbər yayılıb. Ərazi 2014-cü ildən bəri İŞİD nəzarətində idi.

Qeyd edək ki, İraq ordusu ötən həftə daha böyük qəsəbə olan Əl Qaimi terror təşkilatından almışdı.

Gülşən
Qaynarinfo.Az