Foto 18:40 20.06.2018

İŞİD məşhr modeli belə yoldan çıxardıb: etiraf etdi (FOTOLAR)

Kimberli Mayners adlı ingilis model İŞİD terror təşkilatının beyin yuma prosesini necə həyata keçirdiyindən danışıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Glamour" modeli olmuş Mayners sosial mediada Suriya vətəndaş müharibəsindən çəkilmiş fotoları, əziyyət çəkən uşaqların videolarını paylaşmağa başlayıb və bununla çox sayda suriyalı izləyici toplayıb. Model Navid Hüseyn adlı şəxslə tanış olub. İŞİD üzvü olan Hüseyn Kimberliyə "Ağ dul" olmağı, musiqiçi Salli Cons kimi İŞİD-ə qoşulmağı təklif edib. Model bildirir ki, bir müddət yazışdığı Hüseyn onda etibar hissi yaradıb. O, Suriyaya gəlmək, Aişə Lauren Əl Britaniya adını qəbul etmək təklifinə isti yanaşıb. 

Sosial mediadan düzgün istifadə etmədiyini deyən model Suriyada baş verən proseslərə kədərləndiyini, oradakı insanlar üçün nəsə etmək məqsədilə bu addımları atdığını deyir. Çox sayda suriyalı dost qazanan Kimberli ətrafındakı yeni şəxslər vasitəsilə maraq və hörmət qazandığını, onlarla danışandan sonra Suriyaya aid olduğunu düşündüyünü bildirib. 

29 yaşlı Kimberli Mayners yazışmaları ortaya çıxandan sonra həbs edilmişdi. 

Gülşən