Ölkə 12:45 05.05.2013

İslam Partiyasının sədr müavini azadlıqda

Azərbaycan İslam Partiyasının təşkilat məsələləri üzrə sabiq müavini Arif Qəniyev həbs müddətinin baş çatması ilə əlaqədar azadlığa buraxılıb. 

“İslamınsəsi” saytının verdiyi xəbərə görə, 2011-ci ilin avqustunda tutulan Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2012-ci il iyunun 6-da o, Şirvan Şəhər Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Respublika Prokurorluğu qərardan şikayət verib və Arif Qəniyev avqust ayında yenidən tutulub.

Qaynar.info