Dünya 22:34 25.06.2013

İslamçılara qarşı yeni müdafiə - "Donuz güllələri" - FOTO

Keçmiş Dünya Ticarət Mərkəzinin yaxınlığında İslam Mədəniyyət Mərkəzinin tikilməsiylə hələ də barışa bilməyən bir qrup silah həvəskarı terroristlərlə yeni mübarizə üsulu tapıblar. 

ANN.Az-ın "Huffington post"a istinadən verdiyi xəbərə görə, ABŞ-ın Aydaho ştatında yerləşən "South Fork İndustries" adlanan şirkətin işçiləri radikal islamçıların cənnətə getməsinin qarşısını almaq üçün üzəri donuz ətindən hazırlanan boya ilə örtülmüş güllə düzəldiblər. 

Qrup "Jihawg Ammo" adlandırdıqları güllələrin İslam adına zorakılıq törədənlərin qarşısını alacağını bildirir. Donuz əti İslam dinində haram bilindiyinə görə, silahı düzəldənlər "tərkibində donuz əti olan" bu gülləylə vurulan şəxslərin cəhənnəmə gedəcəyini irəli sürür. ""Jihawg Ammo" təkcə islamçı terroristləri öldürmür, həm də onları cəhənnəmə göndərir", -deyə şirkət keçirdiyi mətbuat konfransında bildirib. 

Qaynar.info