İdman 18:01 15.10.2019

İslandiyanın baş məşqçisindən Türkiyə açıqlaması: “Təəccübləndik...”

Türkiyənin "AVRO-2020"nin seçmə mərhələsindək rəqiblərindən olan İslandiyanın baş məşqçisi Erik Hamren açıqlama verib.

Qaynarinfo xəbər verir ki, komandasının Andorranı 2:0 məğlub etdiyi oyundan sonra danışan Hamren Türkiyənin Fransadan bir xal almasının onu təəccübləndirdiyini deyib.

"Türkiyənin oyunu məni çox təəəccübləndirdi. Futbolçularımın üzünün ifadəsindən başa düşdüm ki, onlar da təəccübləniblər. İşimizin çox çətin olacağını bilirlər. Türkiyə çox şanslı bir komandadır. Andorra və Albaniyaya qarşı son dəqiqələrdə vurduqları qollarla qələbə qazandılar. Fransaya da son dəqiqələrdə qol vurdular. Türkiyəyə finala getmək istəyirik”, - təcrübəli baş məşqçi əlavə edib.

Alpər