Ölkə 13:47 30.01.2013

İsmayıllı icra başçısı bazarda sakinlərlə görüşdü

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov baş verən məlum olaylardan sonra ilk dəfə camaat arasına çıxaraq, sakinlərlə görüşüb.

Modern.az-ın məlumatına görə, İsmayıllıda bir qrup narazı kütlənin israrla istefasını tələb etdiyi icra başçısı rayonun bazar ərazisində insanlara görüşərək, onlarla ayaqüstü söhbət edib.

Nizami Ələkbərov İsmayıllı sakinlərilə söhbətində narahatçılığa əsas olmadığını, hər şeyin tezliklə əvvəlkindən də yaxşı olacağını söyləyib.