Ölkə 21:20 04.12.2019

İsmayıllıda hamilə qadın dəm qazından öldü

İsmayıllıda 7 aylıq hamilə qadın vanna otağında ölüb.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Talış kəndində baş verib.

Dadaşlı Nərmin Arif qızının dəm qazından zəhərləndiyi ehtimal olunur. Bu, onun ilk hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.