Ölkə 16:18 02.02.2013

İSMAYILLIDA YENİ AKSİYA OLACAQ


Son hadisələrdən sonra həbs edilən İsmayıllı sakinlərinin sərbəst buraxılmasını tələb edən bir qrup qadın fevralın 3-də rayon İcra Hakimiyyətinin binasının qarşısında toplaşaraq, etiraz aksiyası keçirəcək. Bu barədə Modern.az-a yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, İsmayıllıda baş verən məlum hadisələrdən bir həftə ötməsinə baxmayaraq, həbslər hələ də davam edir.

Həbslərin icra başçısının istefa tələbi ilə keçirilən aksiyalarda lentə alınan videgörüntülər əsasında aparıldığı bildirilir.