Ölkə 15:55 24.01.2013

İSMAYILLIDAN SON GÖRÜNTÜLƏR (FOTO+VİDEO)

Xəbər verdiyimiz kimi, yanvarın 24-də İsmayıllıda yenidən etiraz aksiyası olub.

İcra hakimiyyəti qarşısında Çevik Polis Alayı əməkdaşları ilə aksiyaçılar arasında qarşıdurma olub.

Polis gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edir. Aksiyaçıların saxlanılmasına başlanıb.

Qaynar.info-nun xəbərinə görə, aksiyaçılar icra başçısının onların qarşısına çıxmasını, həbs olunanların azad edilməsini tələb edib.

Hazırda İsmayıllı rayonunda nisbi sakitlik höküm sürür. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, etirazçılar dağıdılıb. Küçələrdə insanların qruplar şəkilində dayanmasının qarşısı alınıb. Rayonun bütün istiqamətlərində polisin güclü mühafizə sistemi müşahidə olunur. Rayonun girişlərində post-patul əməkdaşları növbə çəkir. Avtomobillərin gediş-gəlişinə nəzarət olunur. Əhali arasında İsmayıllı rayon icra başıçısının qaçması xəbərinə gəlincə, rəsmi açıqlamada bu xəbərin yalan olduğu deyilir. Hazırda rayon icra başçısının rayonda olduğu və hadisələrə nəzarət etdiyi bildirilib.

Fotolar: Musavat.com Video: AzadlıqRadiosu

İsmayıllı rayon sakinlərinin baş verənlər haqda fikirləri