Dünya 13:23 11.10.2017

İspan mətbuatı: Kataloniyanın qərarı yeni tələdir

İspaniya mətbuatı Kataloniyanın müstəqillik referendumu ilə bağlı qərar verən bölgə prezidenti Karles Puiqdemontun addımını tələ adlandırıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, dünən açıqlama ilə çıxış edən katalon lider müstəqillik elanının müvəqqəti olaraq təxirə salındığını dedi, bir neçə saat sonra isə müstəqillik tərəfdarı olan deputatlar müstəqillik elanını imzalayaraq beynəlxalq arenadan və hökümətdən qərarın tanınmasını istədi.

İspaniyada isə Puiqdemont İspaniya hökümətinə tələ qurmaqda, Kataloniyanın muxtariyyət hüququnun ləğvinin qarşısını almaq üçün təxirə salınmış müstəqillik elan etməkdə ittiham edilir. Bildirilir ki, Puiqdemontun adı hallanmayan, lakin ittiham edildiyi müstəqillik elanı Kataloniyadakı xaosu uzadacaq və qərarın bölgəyə verə biləcəyi siyasi, iqtisadi təsirlərin qarşısını alacaq.

Ölkə mətbuatında Karles Puiqdemontun ispan hökümətini şantaj etməsi barədə də iddialar yer alıb.

Gülşən

Qaynarinfo.Az