İdman 15:46 03.08.2017

İspaniya Futbol Liqası Neymarın PSJ-yə keçidinə icazə vermədi

 İspaniya Futbol Liqası (LaLiga) Fransanın PSJ klubunun Neymarın transferi üçün “Barselona”ya ödədiyi pulu qəbul etməyib. 

“Report” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, bu gün 25 yaşlı braziliyalı hücumçunun nümayəndələri tələb olunan sənədləri imzalamaq üçün LaLiga-nın ofisinə gəliblər. Lakin qurumun rəhbərliyi ödəniləcək məbləğin mənşəyi barədə məlumat olmadığını əsas gətirərək transferə icazə verməyiblər. Həmçinin bu transferin FİFA-nın maliyyə “fair play” qaydalarına zidd olduğu da futbolçunun vəkillərinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, Neymar avqustun 2-də PSJ ilə transfer məsələsini həll etmək üçün icazə alaraq “Barselona”nın məşqinə qatılmayıb. Fransa təmsilçisinin braziliyalıya görə ispanlara 222 milyon avro ödəyəcəyi bildirilir. 

Qaynarinfo.Az