Foto 20:45 31.10.2017

İspaniya mətbuatı “Qarabağ” barədə (FOTO)

Çempionlar Liqası çərçivəsində oynanılacaq "Atletiko Madrid”-"Qarabağ” oyunu ərəfəsində İspaniyanın Vavel.com portalı Azərbaycan klubu haqqında analitik məqalə dərc edib.

"AzərTAc” xəbər verir ki, "Azərbaycanın qüruru olan "Qarabağ” Futbol Klubunun analizi” sərlövhəli məqalədə müəllif Pablo Mata Medina "Qarabağ” klubunun tarixi haqqında geniş məlumat verir, komandamızın son illərdəki uğurlarından yazır.

"Qarabağ” klubuna "Azersun” şirkətinin maliyyə dəstəyini də qeyd edən müəllif klubumuzun heyətindəki əcnəbi oyunçular haqqında məlumat verir. İspaniyalı Miçel və Dani Kintana, albaniyalı Ansi Aqolli, norveçli Tarik Əl Yunusi kimi futbolçuların potensiallarının yüksək qiymətləndirildiyi məqalədə baş məşqçi Qurban Qurbanovun uğurlu məşqçiliyindən xüsusi söhbət açılır.
 


Qaynarinfo.Az