Dünya 17:57 11.10.2017

İspaniya prezidenti Kataloniyadan açıqlama tələb etdi

İspaniya prezidenti Mariana Raxoy dünən Kataloniyada baş verən proseslər barədə Kataloniya prezidenti Karles Puiqdemontdan açıqlama tələb edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, dünən katalon lider müstəqillik elanını müvəqqəti olaraq təxirə saldıqlarını açıqlamış, lakin müxalif deputatlar bir neçə saat sonra muxtar vilayətin müstəqilliyini elan etmişdi. Raxoy isə bölgə idarəsindən müstəqillik elan edilib-edilməməsi barədə konkret açıqlama gözlədiklərini bildirib. Mariana Raxoy bildirib ki, bölgə müstəqillik elan edibsə, Kataloniyanın muxtariyyət hüququnun ləğvini nəzərdə tutan konstitusiyanın 155-ci maddəsi qüvvəyə minəcək.

Qeyd edək ki, İspaniya Konstitusiyasının 155-ci maddəsinin 1-ci bəndində "Əgər muxtar vilayət Konstitusiyaya və digər qanunlara əməl etməsə və ya İspaniyanın ümumi mənafeyinə zərər verən addım atsa, bu barədə hökümət muxtar vilayətin prezidentinə şikayət edəcək və bu tələb təmin edilməsə, Senatda səs çoxluğu ilə muxtar vilayət mükəlləfiyyətləri yerinə yetirməyə məcbur ediləcək və ya məsələ ilə bağlı müvafiq qərarlar qəbul ediləcək" deyilir. 

Gülşən

Qaynarinfo.Az