Dünya 10:13 11.11.2019

İspaniyada parlament seçkilərinin nəticəsi müəyyənləşdi

Ötən gün İspaniyada baş tutan parlament seçkilərinin nəticəsi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, nəticələrə görə, hakim Sosialistlər Partiyası üstünlük qazansa da, parlamentdə qazandığı yerlərin sayı azalaraq təxminən 120-yə bərabər olub. Xalq Partiyası 88 yer qazana bilib. Radikal sağ cinahın nümayəndəsi Vox Partiyası nəticələrini 2 dəfə yaxşılaşdıraraq əldə etdiyi yerlərin sayını 52-yə bərabərləşdirib.

Sosialistlər Partiyası seçkidə hökumət qurmaq üçün lazımi üstünlüyü qazana bilmədiyi üçün koalisiya hökumətinin qurulması gözlənilir.

Qeyd edək ki, İspaniyada son 4 ildə 4 seçki baş tutub.

Gülşən