Dünya 12:58 05.05.2013

İsrail Dəməşqdə raket zərbəsi endirib

İsrail Dəməşqin Camaraya rayonunda yerləşən hərbi tədqiqat mərkəzinə raket zərbəsi endirib. APA-nın verdiyi xəbərə görə, bu barədə bu gün SANA agentliyi məlumat yayıb.  

Bir qədər əvvəl KİV-lər Camaraya rayonunda güclü partlayış baş  verdiyi barədə məlumat verib.

Qeyd edək ki, bundan öncə “New York Times” qəzeti İsrail Hərbi Hava qüvvələrinin iki gün əvvəl Suriya ərazisinə aviazərbəsi zamanı Livanın “Hizbullah” qruplaşması üçün nəzərdə tutulmuş taktiki raket partiyasının məhv edildiyini iddia edib.

Bütün hallarda İsrail tərəfi bu məlumatları şərh etməyib.   

Qaynar.info