Dünya 22:17 28.08.2013

İsrail ehtiyatda olan hərbi qulluqçuları orduya çağırır


Ölkənin şimalına əlavə hava hücumundan müdafiə və raketdən müdafiə kompleksləri gətirilib

İsrail hökuməti avqustun 28-də ehtiyatda olan hərbi qulluqçuların həqiqi orduya çağrılması ilə bağlı qərar qəbul edib.

ANS PRESS bildirir ki, xidmətə çağırılmış ehtiyat hərbi qulluqçularının dəqiq sayı bilinmir. Yalnız o bəllidir ki, bu Suriya sərhədində yerləşən bölmələri gücləndirəcəklər.

Bundan başqa, bir neçə saat öncə İsrailin şimalına əlavə hava hücumundan müdafiə və raketdən müdafiə kompleksləri gətirilib.


Qaynar.info