Dünya 10:25 20.06.2018

İsrail Həmasa raket zərbələri endirdi: 8 hədəf vuruldu

İsrail Qəzzada Həmasa aid 8 hədəfə hücum təşkil edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, İsrail hərbi təyyarələrlə Həmas tərəfindən atılmış raket mərmilərinə qarşılıq olaraq 3 hərbi kompleksdəki 8 nöqtəni vurub. 

Həmas Qəzzadan İsrailə 13 zərbə endirmiş, raketlərdən 4-ü məhv edilmişdi.

Gülşən