İdman 13:24 14.05.2018

İsrail klubundan Qüds təşəkkürü: Trampın adı verildi

Bu gün Qüdsdə ABŞ-ın İsrail səfirliyinin açılışı keçiriləcək.

Qaynarinfo xəbər verir ki, Qüdsün "Beitar Jerusalem" futbol klubu ABŞ prezidenti Donald Tramp tərəfindən qəbul edilən qərara görə təşəkkür etmək üçün ad dəyişikliyi edib. Belə ki, klub bundan sonra "Beitar Trump Jerusalem" adlanacaq. 

Klub bu barədə "Twitter"də açıqlama ilə çıxış edib. Tramp ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi danıdıqlarını elan etmişdi.

Qeyd edək ki, "Beitar Trump Jerusalem" İsrail çempionatında 6 dəfə 1-cilik qazanıb və hazırda davam edən yarışlarda 2-ci yerdədir.

Gülşən