Dünya 15:42 24.04.2013

İsrail "erməni soyqırımı" haqda qanun hazırlayır

İsrail parlamenti (Knesset) dünən qondarma erməni soyqırımı ilə bağlı müzakirələr aparıb. 

Qaynar.info-nun məlumatına görə, Knesset qondarma iddialarla bağlı qanun hazırlamağa qərar verib. 

İsrailli millət vəkili Zehava Qal-On Türkiyə ilə yaxınlaşma səylərinə qarşı "erməni soyqırımı" iddialarının Knesset tərəfindən qəbul edilməsinin vacibliyini söyləyib. İclas zamanı məsələ ilə bağlı qanun hazırlanması üçün qərar qəbul edilib. Sözügedən qanunun hazırlanması Knessetin bir komitəsinə tapşırılıb. 

Qaynar.info