Dünya 15:58 29.11.2018

İsrail Türkiyəyə yeni səfir təyin etməyəcək

İsrail Ankaraya yeni səfir göndərməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin xarici işlər nazirliyinin sözçüsü Amnon Nahşon məlumat verib. Açıqlamada yarım il əvvəl Qəzzada baş verən hadisələrə etiraz olaraq səfiri deportasiya edən Türkiyəyə yeni səfirin təyin edilməyəcəyini bildirilib. Mahşon yeni konsul təyinatının da reallaşdırılmayacağını deyib. 

İsrail rəsmisi Türkiyədəki diplomatik təmsilçilərin sayını azaltmaq barədə qərar qəbul edildiyini də açıqlamasına əlavə edib.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!