Dünya 17:13 19.07.2018

İsrail özünü rəsmi şəkildə "Yəhudi dövləti" elan etdi

İsrail parlamenti bu gün ölkəni rəsmi şəhildə "Yəhudi dövləti" elan edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, qərara parlamentdə 62 "Hə", 55 "Yox" cavabı verilib. İvrit dili ölkənin vahid dili elan edilib, ərəb dilinə isə xüsusi status verilib. 

Qanun layihəsi İsraili etnik yəhudi dövləti kimi, Qüdsü isə bu dövlətin paytaxtı kimi tanıyır.

Qeyd edək ki, qərar parlamentin ərəb nümayəndələri tərəfindən ciddi etirazla qarşılanıb və gərginliyə səbəb olub. 

Gülşən