Siyasət 14:26 19.04.2013

“İsraildə Azərbaycan səfirliyi açılmayacaq”

"İsraildə Azərbaycan səfirliyinin və nümayəndəliyinin açılması gözlənilmir".

Qaynar.info SİA-ya istinadən xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu barədə nə sənəd imzalanıb, nə də qərar verilib: “Buna baxmayaraq, Azərbaycan dünya ölkələrində səfirliklərinin açılmasında maraqlıdır".


Qaynar.info