Foto 22:47 01.07.2019

İsraildə nasaz təyyarədən uğurlu eniş: 152 nəfər xilas oldu (FOTO/VİDEO)

İsraildə uçuş zamanı şassisi sıradan çıxan təyyarə uğurlu eniş edib.

"RİA Novosti”nin xəbərinə görə, Bolqarıstanın "Electra Airways” aviakompaniyasına aid olan "Boing-737” təyyarəsi Kölndən Təl-Əvivə uçarkən təkər sistemlərində nasazlıq yaranıb və şinlər havada ikən sıradan çıxıb.

İçərisində 152 sərnişin və ekipaj üzvü olan təyyarənin pilotları bütün riskləri nəzərə alaraq eniş etməyə qərar veriblər.

Hava limanında bütün uçuşların dayandırılmasından sonra eniş zolağına 100-ə qədər təcili tibbi yardım və yanğınsöndürmə briqadası cəlb olunub.

Hava gəmisi isə heç bir qeyri-adi hal baş vermədən yerə eniş edib. Məlumata görə, ekipaj üzvləri və sərnişinlər arasında xəsarət alan yoxdu.