İsrail höküməti Türkiyədən idxal edilən kənd təsərrüfatı məhsullarına qadağa qoyub.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərara səbəb ötən günlərdə Qəzzada baş verən hadisələr və Türkiyənin İsrailə etirazıdır. ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən fələstinlilər Qəzzada nümayişə başlamış, 62 nəfər İsrail tərəfindən öldürülmüşdü. Türkiyə İsraildəki səfirini geri çağırıb və İsrailin Türkiyədəki səfir və konsulundan ölkəni müvəqqəti olaraq tərk etməyi tələb edib.

İsrailin idxal qərarına münasibət bildirən Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Əhməd Əşrəf "İdxalın dayandırılması bizim üçün bir məna ifadə etmir. Bizim kimi böyük ölkə İsrail kimi kiçik ölkəyə idxal həyata keçirsə nə olar, keçirməsə nə olar?" fikirlərini səsləndirib.

Gülşən