Ekonomiks 15:57 10.10.2017

İşsizlərin sayı 201 milyonu keçdi

Beynəlxalq Əmək Təşkilatı 2017-ci ildə dünyadakı işsizlərin sayının 201 milyon nəfər olduğunu açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, təşkilatın yayımladığı "Dünyada məşğulluq və sosial vəziyyət 2017" adlı hesabatda kiçik və böyük sektorun məşğulluq məsələsində vacib rol oynadığı bildirilir. Bu tip qurumlarda işləyən insanların sayı 2003-2016-cı illərdə təxminən 2 dəfə artıb, məşğulluq payı 31%-dən 35%-ə qalxıb. Kiçik və böyük qurumlar İnkişaf Etməkdə Olan Ölkələrdə məşğulluq səviyyəsinin 52%-ni, İnkişaf Etmiş Ölkələrdə isə 41%-ni təşkil edir. Bundan əlavə böyük iqtisadi sıçrayış yaşayan dövlətlərdə isə bu rəqəm 34%-dir. 

BƏT işsizlərin sayının 2017-ci ildə 3,4 milyon nəfər artdığı və bu rəqəmin yaxın dövrlərdə müsbət istiqamətdə dəyişməyəcəyini açıqlayıb. 

Hesabatda həmçinin qeyd edilib ki, 2016-cı ildə özəl sektor 2,8 milyard nəfəri işlə təmin edərək məşğulluq səviyyəsinin 87%-ni təmsil edib.

Dünyadakı 780 milyon işçi isə çox və ya orta dərəcədə yoxsulluqdan əziyyət çəkir.

Gülşən

Qaynarinfo.Az