Şahin Cəfərli

Blogger
Yazılar
21
İstanbul seçkiləri: kim uduzdu, kim uddu?

İstanbul seçkiləri: kim uduzdu, kim uddu?

Əkrəm İmamoğlu seçildi. 

Binəli Yıldırım az öncə rəqibini qələbə münasibətilə təbrik etdi. 

İsti-isti aşağıdakıları söyləmək olar:

- Rəcəb Tayyib Ərdoğan karyerasının ən ağır məğlubiyyəti ilə üzləşdi. İstanbulda 2 dəfə arxa-arxaya uduzmaq tarixi olaydır və bunun iqtidar üçün və ölkə siyasəti üçün siyasi nəticələri qaçılmazdır;

- Ərdoğanın "Öcalan açılımı" tərs təpdi, kürdlər səsvermədə iştirak edib İmamoğlunu dəstəklədi, MHP-lilərin isə Yıldırıma dəstəyi xeyli azaldı;

- Dəmirtaşın kürdlər üzərində Öcalandan daha çox təsir gücünə malik olduğu ortaya çıxdı. Bu seçki son günlər həm də bir növ, Dəmirtaş-Öcalan referendumuna çevrilmişdi. Qalib məlumdur. Bu, HDP üçün PKK-nın təsirindən və basqısından xilas olub, ümummilli miqyaslı normal bir sol partiya kimi fəaliyyət göstərmək üçün yaxşı şansdır. İstifadə etsələr, həm özləri, həm də Türkiyə üçün yaxşı olar;

- İmamoğlu öz ittifaqının (CHP+İyi Parti) maksimum səsini toplamaqla bərabər, HDP, MHP və digər kəsimlərdən də ciddi səs alaraq ümummilli konsensusla İstanbul meri kreslosuna oturacaq. Bu, qütbləşmiş Türkiyə üçün tarixi əhəmiyyətli hadisədir;

- İstanbul seçkilərinin təsiri lokal miqyasda qalmayacaq və Türkiyədəki siyasi proseslərin gedişinə çox ciddi təsir göstərəcək. Aradakı səs fərqi siyasətdəki zəlzələnin də şiddətini müəyyən edəcək. 
 
Şahin Cəfərli
Politoloq

OXŞAR XƏBƏRLƏR