Dünya 18:32 31.12.2017

İstanbulda böyük teraktın qarşısı alındı

İstanbul Terrorla Mübarizə Şöbəsi İŞİD terror təşkilatına qarqı növbəti əməliyyat keçirib.

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı terror təşkilatına üzv olmaqda şübhəli bilinən 20 nəfər saxlanılıb. Onlardan 15-i xarici ölkə vətəndaşıdır. Saxlanılan İŞİD-çilər arasında azərbaycanlıların olub-olmadığı barədə məlumat verilmir.

İstanbul Terrorla Mübarizə Şöbəsindən verilən məlumata görə, əməliyyatlar İŞİD üzvlərinin Suriya və İraqdakı terror təşkilatı rəsmiləri ilə əlaqə yaratması, Yeni il şənlikləri zamanı terror aktları törətmək üçün hazırlıq gördüyü barədə məlumatlardan sonra başlanılıb. 

Aydın