Foto 10:46 11.06.2018

İstanbulda güclü yanğın başlayıb: böyük əraziyə yayıla bilər (FOTOLAR)

Türkiyənin İstanbul şəhərinin Cevizlibağ ərazisində yerləşən parça və ip fabrikində güclü yanğın baş verib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, qısa müddətdə bütün fabrikə yayılan yanğını söndürmək üçün əraziyə çox sayda yanğınsöndürən cəlb edilib. Səhər saatlarında başlayan yanğın hələ də davam edir.

Hadisənin səbəbi hələlik qeyri-müəyyəndir. Yanğının ətraf ərazilərə yayılma təhlükəsi var.

Gülşən